Elnur Resuloglu ağ günlüğü

Əliağa Kürçaylı poeziyasında sonet

Elnur Resuloglu kullanıcısının resmi

vəsaitinin 29-56-cı səhifələrində Azərbaycan poeziyasında sonet haqqında ümumi məlumat verən, müvafiq olaraq bir və yeddi il sonra “Azərbaycan poeziyasında sonet və terset” (Bakı, “Elm” nəşriyyatı, 2003, səh.11-229), “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009, səh.122-250) monoqrafiyalarında öncə “sonetin janr özəlliklərinə və dünya ədəbiyyatında inkişaf yoluna qısa baxış” edən Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Hüseyn Məmməd oğlu Həşimli (1965) Azərbaycan poeziyasında sonetin inkişafını aşağıdakı kimi təsnif etmişdir: 1.

Əliağa Kürçaylının lirik poemaları

Elnur Resuloglu kullanıcısının resmi

Bir çoxumuza yaxşı məlumdur ki, XII əsrdə yaşayıb-yaratmış Əfzələddin Xaqaninin (1126-1199) yarı xatirə, yarı səfərnamə səciyyəsi daşıyan, şairin Şirvanşahlar sarayında gördüyü zülm və ədalətsizliklərə qarşı dərin etirazını bildirdiyi, müasirlərindən, qohumlarından, dostlarından, uşaqlıq və təhsil illərindən söhbət açdığı, nəcib insani sifətləri təbliğ etdiyi və böyük Nizami Gəncəvinin (1141-1209) “Xəmsə” toplusuna daxil olan “Sirlər xəzinəsi”nə (1174-1175) bənzədilən “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır.

"Gülüm!"

Elnur Resuloglu kullanıcısının resmi

İndi yatmaq vaxtı deyil,
Nə yatmısan? Oyan, gülüm!
Gözlərinin yaşını sil,
Öz rənginə boyan, gülüm!

Tanımadan sol-sağını,
Dost bildilər çox yağını.
Yaramızın qaysağını
Olacaqmı soyan, gülüm?!

Səslər gəlir qazamatdan:
“Vicdan üstün varidatdan!”
Yerdən, göydən, kainatdan,
Görən, varmı doyan, gülüm?!

Çöküb duman, sis günlərə,
Ucuzlaşan, mis günlərə.
Bizi bu cür pis günlərə,
De, kimlərdir qoyan, gülüm?!

Çağırış

Elnur Resuloglu kullanıcısının resmi

Boğazımı mən yaşlarım
Qışqırmaqçün: "Cəmləşək biz".
Bacılarım, qardaşlarım,
Yumruq kimi birləşək biz.

Ana, doğma vətən üçün
Azı olaq, çoxu olaq.
Azğın, qorxunc düşmən üçün
Hədə olaq, qorxu olaq.

Qəlbən sevək yurdumuzu,
Azad olsun torpağımız.
Dəstəkləyək ordumuzu,
Dalğalansın bayrağımız!

Kədərim

Elnur Resuloglu kullanıcısının resmi

Bağrımın başını boyayıb qana
Ürəyimi deşdi, dəldi kədərim.
Ömür tərəzimdə qoydum yan-yana,
Sevincimdən ağır gəldi kədərim.
Oğul istəyirəm, dözə, dayana,
Dərdlərimlə ortaq, əldir kədərim.
Yüz yol məni çağır, çək imtahana,
Hər çətin misala həldir kədərim.

İlk məhəbbətim! (Qarğışnamə)

Elnur Resuloglu kullanıcısının resmi

Uduzdum sevgidə, bir gün həyatda
Sən uduzacaqsan, ilk məhəbbətim!
Bilirəm, olanda dövlətim, varım
Məni pusacaqsan, ilk məhəbbətim!

Qulaq asdın, baxdın əğyar deyənə,
Alçaldın, əyildin səni əyənə.
Cəh-cəlal içində qızıl ləyənə
Al qan qusacaqsan, ilk məhəbbətim!

Ölsən, izin qalmaz bu yer üzündə,
Sən də diriləssən məhşər günündə.
Günahkarsan, durub Tanrı önündə
Laltək susacaqsan, ilk məhəbbətim!

Gözəl! (Qarğışnamə)

Elnur Resuloglu kullanıcısının resmi

Qız adın daşımaq səninçün deyil,
"Qızlıq dünyası"na ləkəsən, gözəl!
Görüm bu dünyada ömrün uzunu
Kədərli olub dərd çəkəsən, gözəl!

Kar olsun qulağın, lal olsun dilin,
Tökülsün saçların, əyilsin belin.
Getsin, qayıtmasın geri sevgilin,
Gözünü yollara dikəsən, gözəl!

Bütün bədənini bürüsün irin,
Uzaqdan "gəl" desin qartmağın, kirin.
Ağlaya-ağlaya əzizlərinin
Ağ kəfənlərini tikəsən, gözəl!

Sayfalar

Hapishane Edebiyatı

Ümüş Eylül Hapishane Dergisinin 51. Sayı...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Nisan-Mayıs-Haziran 2024 tarihli 51. sayısı...
TEK KİŞİLİK HÜCREDE YAZILAN BİR ÖYKÜ: DE...
               Mahallenin kimi çocukları ondan hem korkar hem de onunla uğraşmaktan vazgeçmezdi kargalar...
Duvarları delen çizgiler
Balıkesir Burhaniye yakınlarında yaşayan arkadaşlara davet. 10 Aralık'ta Insan hakları haftasında, Burhaniye Yerel Demokrasi ve Insan Hakları Gündemi...

Konuk Yazarlar

Mivan’ın bakışı Bahri’nin ağıdı/ Uğur YI...
  Neyse bir ihtimal dedik, başladık isteklerimizi sıralamaya: “Bahri arkadaş sen kuzeninin çok güzel saat yaptığını…” daha sözümü bitirmeden, “...
Utanmak/ Sıdo için/ Sevda KURAN
  Fakiri, zengini, orta hallisi, Alevi’si, Sünni’si, Ermeni'si, hacısı, hocası, orospusu, delisi ve de pavyon kabadayıları, sarhoşlarıyla...
Girit Leblebisi
  Ben vakitlice davranmış, gün batımını da izlemek için kahvelerin gürültüsünden uzakça bir bankı gözüme kestirip oturmuştum. Bir süre sonra,...
RSS - Elnur Resuloglu ağ günlüğü beslemesine abone olun.