Balıq və Melisa- Nəcməddin YALÇINQAYA

Edebiyat Bahcesi kullanıcısının resmi
Uzun zamandır işsiz idi. Hansı qapıya əl uzatsa boşa çıxırdı. Evdə olmaq, evdəkilərlə göz gözə gəlmək istəmirdi ... Sübh tezdən qalxır, aclıqdan guruldayan mədəsiyle çətin atırdı özünü çölə. Ardından şüursuzca, saatlarla gəzirdi küçələrdə, prospektlərdə ... İzmiri sevirdi. Möhtəşəm bir yerdi İzmir.

Kordonun*  tilsiminə buraxmışdı özünü. Kordon, sığınılacaq bir limandı onun üçün. Sahildə, çəmənlərə uzanır, saatlarla eləcə qalır, gəlib keçənləri seyrə dalardı. Ən çox da gözünün qarşısında uzun növbələr meydana gətirən Alman konsulluğunun gözləmləyirdi. '' Ümid yolçularını '' izləmək keyf verici bir şey idi. Hələ Viza almağı bacaran birinin sevinci onu da bir başqa həyəcanlandırırdı.
Yatdığı yerdən qalxdı. Getməkdə çətinlik çəkirdi. Ayaqları uyuşmuş bir halda idi. Yanında, tilovuna böyük  bir balıq ilişmiş  bir balıqçı, həyəcanla kömək istəyirdi. Qaçdı dərhal köməyinə.
- Aman yavaşca çəkin, bəy-əfəndi; deyirdi, səsin sahibi.
- Yoxsa ip qopa bilər
  Səsin sahibinin bir gənc qız olması həyəcanlandırmışdı onu. Qısa bir hərəkətdən  sonra, balıq tutulmuşdu, həm də ipə zərər vermədən. Balıq həqiqətən iri sayılırdı. Hər kəsin baxışları balıq üzərində cəmləşmişdi.
- Təşəkkürlər ; dedi gənc qız.
- Siz olmasaydınız,doğrusu çəkə bilməzdim  bunu tək başıma.
- Bir şey deyil ; dedi gənc adam.
-  Şorbanızda azca duzumun olması, xoşbəxt edər məni ''
Gənc qız yerdə yaramaz bir uşaq kimi tərpənməkdə olan balığı aldı, atdı səbətinə. Üzərini  yaxşıca örtdü. Gənc adamın yanından uzaqlaşmadığını gördükdə,
- Siz də bir ucundan tutmaq istəyirsiniz? -Deyə soruşdu, ipi uzatdı ... istəksiz aldı gənc adam.
-Balıq tutmağı çox xoşlayıram, amma heç şansım yoxdur - deyə giley etdi gənc adam sanki.
- Özünüzə haqsızlıq etməyin - deyə qarşı çıxdı gənc qız.
- Pessimizmi buraxın artıq ... Ümidinizi də itirməyin ... Hər qaranlı gecənin sonunda bir işıqlı səhərin olduğunu unutmayın , əsla.
Başını yerdən yavaşca qaldıraraq sevgiylə baxdı gənc qıza.
 Optimist bir gül olmalı bu - deyə keçirdi içindən. Ardından,
- Uzun müddətdir işsizəm; -dedi.
 -Çətinlik və çarəsizlikdən buralara gəlirəm.
-Çarəsizliyi çox yaxşı bilirəm ;- dedi gənc qız.
 -İki il olar gəlirəm buralara ... Sizi də çoxdandır görürəm ...  Özünüz ilə döyüşməyinizə belə şahid olmuşam. Gülümsədi.
-Adınız nədir quzum? -deyə soruşdu birdən.
- Fırat,
- bəs sizin? ''
- Mənim adım Melisa ; əlini Fırata uzatdı,
- Əllərim balıq iyi verər, üstəlik pulcuqlar da əlimə yapışıb ,gərək bağışlayasız, dedi. Bir-birləri ilə əl tutuşdular.
Fırat  dalmışdı. Yaşadıqları yalan gəlirdi özünə.
-Hey Fırat görmürsənmi?
 Melisa'nın bağırtısıyla xəyallardan ayılıb özünə gəldi. Boş-boş Melisaya baxdı.
-Fırat bax, göbələk suya batır .
Fırat ehtiyyatla tilovu çəkməyə başladı. Tilovun ucu ağırlaşmışdı. Yediyi yemdən xilas olmağa çalışan balıq görünürdü. Sevinmişdi.
-Bax , bəxtin gətirməyə başladı ,belə; Melisa gülümsəyərək, əlavə etdi ...
- Sizin sayənizdə... Siz şans gətirdiniz mənə.
Melisanın telefonuna zəng gəldi. Qulağına aparıb, - Alo ; dedi. Səssizcə dinlədikdən sonra,- OK, olar,gəlirəm; dedi.Qısa danışığdan sonra, Firata səslənərək, ''
- Getməliyəm, dedi.
Gedərkən son dəfə Fırata baxıb:
- Qarmaq səndə qalsın.  şirin bir gülümsəmə ilə.
Fırat Melisanın gedişini çarəsizcə qəbul etdi.
Fırat, hər səhərin gəlişini səbirsizliklə gözləməli olmuşdu.Axşamdan, səhər azuqəsini hazırlayır, sübh tezdən qalxır, yola çıxırdı. Kordona çatanda, balıq tutmaq üçün ilk hazırlıq işlərini görüb,"təsadüf" deyib tilovunu suya atırdı... Melisanı da ağlından çıxartmırdı, çıxar , gələr deyə. Amma Melisa heç cür çıxıb gəlmirdi. '' Sabah gələr, işi çıxmışdır bəlkə'' Deyib təsəlli edirdi özünü.
Bir neçə sabahlar gəlib keçdi, amma Melisa gəlmədi ki, gəlmədi. Fıratın ümidi hər keçən gün bir az daha qırılırdı.Get-gedə alışırdı Melisanın yoxluğuna. Onu həyata bağlayan tək varlıq, bir gün Melisanın gəlməyini gözləmək idi.
Bu gün səhər tezdən yenə də hazırlığını görmüşdü... Qırmağa yemi taxıb uzaqlara atdı. Daha uzaqlara atmaq istəyirdi. Hər atandan sonra ipi özünə tərəf çəkir. Uzaqları yaxınlaşdırmaq, Melisanın gəlişini sürətləndirmək istəyirdi bu üsulla. Gözləməyə başladı. ipi şəhadət barmağına yüngülcə dolamışdı. Arada sırada yemi yoxlayan balıqların vuruşlarını hiss edirdi. Göbələyin suya basdırıldığını fərq etdiyində,  ipi özünə doğru çəkməyə başladı. Su aydın idi, dibi görünürdü. Birdən ip boşaldı. Balıq qaçmışdı. Balığın qaçışına üzülmədi. Hətta sevindi. Onsuz da canı balıq tutmaq istəmirdi. Onu hər səhər buralara gətirən, Melisanı görə bilmə ehtimalı idi. Melisa gəldiyində burada olmaq istəyirdi.
Bir neçə balığın, yemə hücum etdiyini gördü. Balıqlar yemə kiçik dişləmlər atırdılar. Özünü tilovun ucundakı yemi, Melisanı da balıq kimi təsəvvür etməyə başladı. Balıqların kiçik dişləmlərini bir busə, bir öpüş, bir sevgi oyunu kimi görməyə başladı. Hər şeyin aclığını çəkirdi. Melisanın kiçik dişləmləri ilə özünü bitirmək istəmirdi... susamışdı sevgiyə ... İstəyirdi ki Melisa onu bir dişlədikdə, bir dəfə də bitirsin ... Bunları düşünərkən daldı ... Balıq yemi kiçik dişləmlərlə tam bitirdikdən sonra, qaçıb uzaqlaşdı oradan
Fırat bitdiyini hiss etməyə başladı. Özünü tək başına buraxıb qaçan balığın ardından,
 baxa-baxa qaldı.
*Kordon- Dəniz sahilində sahil boyu tikilmiş səki.
Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU
http://menimdunya.blogspot.ch/

Kategori: 

Bunları Okudunuz mu?

03/31/2024 - 21:39
03/21/2024 - 04:53
01/14/2024 - 19:15
12/06/2023 - 15:04

Hapishane Edebiyatı

Ümüş Eylül Hapishane Dergisinin 51. Sayı...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Nisan-Mayıs-Haziran 2024 tarihli 51. sayısı...
TEK KİŞİLİK HÜCREDE YAZILAN BİR ÖYKÜ: DE...
               Mahallenin kimi çocukları ondan hem korkar hem de onunla uğraşmaktan vazgeçmezdi kargalar...
Duvarları delen çizgiler
Balıkesir Burhaniye yakınlarında yaşayan arkadaşlara davet. 10 Aralık'ta Insan hakları haftasında, Burhaniye Yerel Demokrasi ve Insan Hakları Gündemi...

Konuk Yazarlar

Mivan’ın bakışı Bahri’nin ağıdı/ Uğur YI...
  Neyse bir ihtimal dedik, başladık isteklerimizi sıralamaya: “Bahri arkadaş sen kuzeninin çok güzel saat yaptığını…” daha sözümü bitirmeden, “...
Utanmak/ Sıdo için/ Sevda KURAN
  Fakiri, zengini, orta hallisi, Alevi’si, Sünni’si, Ermeni'si, hacısı, hocası, orospusu, delisi ve de pavyon kabadayıları, sarhoşlarıyla...
Girit Leblebisi
  Ben vakitlice davranmış, gün batımını da izlemek için kahvelerin gürültüsünden uzakça bir bankı gözüme kestirip oturmuştum. Bir süre sonra,...