Kədər misraları/Elməddin Rahiboğlu

Edebiyat Bahcesi kullanıcısının resmi
Kasıbçılıq onları paytaxta qədər gətirib çıxartmışdı. Ailənin yalnız iki üzvü işləyə bilirdi. Ata və oğlu. Üstlərində bir xəstə ananın da sorumluqları vardı. Qaraciyər serozu olan anaya mütəmadi dərman lazım gəlirdi. Almaq çətin gəlirdi bu ata ilə oğula amma birtəhər üstəsindən gəlirdilər. Ömrünün ən acınacaqlı illəri hələ qabağda idi. Oğlunun hərbi xidmət vaxtı yetişmişdi. Gedib vətəninə borcunu ödəməli idi.
Bir gün səhər evdən ayrıldı Samir. Öncə rayon mərkəzindəki, komissarlığa, oradan da, təyin olunduğu bölməyə getməliydi. Avtovağzaldan rayonuna sarı üz tutdu. Geridə buraxdıqlarının və ananın dərdini çəkə-çəkə irəlilədi. Cibində pulu da yoxdur Samirin. Dünən axşama qədər işlədiyinin qarşılığını götürmüşdü. Hələ birdə, anasının balıncının altına 5 manat buraxmağı da unutmamışdı. Atası erkənci idi. Hər kəs yatdığı səhər saatlarında gedərdi işinə. "Çörək, sübh tezdən gələr" deyərdi, və erkəndən durub gedərdi. Oğlanın gedişindən xəbəri yox idi atanın. O üzdən oyandırmamışdı. Yatsın dincəlsin düşünmüşdü. Oğul, xəstə yatan anasının üzündən öpüb çıxmışdı.
 
Kürdəmirdə fasilə vermişdi avtobus. Hər kəs düşüb yemək yemək üçün yeməkxanaya girmişdi. Tək Mazlum düşməmişdi avtobusdan. Çox acmışdı. Səhər yeməyi ilə arası olmadığından yemək yeməmişdi səhər-səhər. Cibində avtobusa verəcəyi 10 manat və əlavə xərclər üçün 5 manatı qalırdı. Buradan 1 manat belə yeməyinə verə bilməzdi. Uzun idi yolçuluğu. Başını oturacağın arxa başlığına söykəyib, yatmağa çalışırdı ara-ara. Ac qarnına yuxu gəlmirdi gözlərinə.
 
Artıq rayon mərkəzinə çatmışdı Samir. Komissarlığa baş çəkmiş, bu gün gecikdiyini və sabah səhər saat 9-da təkrar baş çəkməyini demişdilər komissarlıqdan. Öz qohumları, rayonun ucqar kəndlərində idi. Rayon mərkəzinə yaxın ya heç bir qohumu yox idi, ya da var idi Samir tanımırdı evlərini və ya özlərini. Gecəni harda keçirəcəyinin dərdini çəkirdi. Mehmanxanaya pulu çatmırdı, üstünə də çox ac idi. Bir dönərçiyə gedib, dönər alıb yedi. Artıq qaranlıq çökmüşdü. Aprel ayının istisi avantaj idi əslində parkda gecələmək üçün. Parkda bir skamyaya uzanıb yuxuya getmişdi. Səhər saatlarında bir mühafizəçi polisin bağırtısıyla oyanmışdı yuxudan.
 
Üstünə, başına düzəliş verib, saat səkkizdə komissarlığın qabağına gəlmişdi. Komissarlığda hələ ki heç kim yox idi. İlk gələn komissarlıq işçisi də bunun vətən sevgisini təqdir etmişdi. Başına sığal çəkib,
"Vətənin sizin kimi igidlərə ehtiyacı var" demişdi.
Yoxlanışdan sonra, yenə buraxmışdılar Samiri.
-Axşam saat 12-də təkrar gəlin sizi yola salaq, demişdilər.
Yenə küçəyə vermişdi özünü. Parklarda gözləyəcəkdi saatların əqrəblərini. Qarnını aclığı ilə, ürəyinin qəhəri ilə, xəstə ana düşüncəsi ilə.
 
Dedikləri saat gəlib çıxmışdı. Yenə hərkəsdən öncə gəlib çıxmışdı Samir. Qatara minib Bakıya qayıtmışdı, Hərbi toplanış və bölünmə mərkəzinə. Hər kəsin valideynləri yanında idi. Orada tanış olduq Samirlə. Bir küncdə oturmuşdu, dəmir yolu relesin üstündə. Gedib yanında oturdum. Gözlərindən ixtiyarsız yaş axırdı. Hər kəs ailəsi ilə bir şeylər yeyib içirdi. Uzun bir ayrılığın həsrətini paylaşırdılar, biz iki nəfərdən başqa. Gedib, köşədən iki dönər, iki yarımlitirlik kola aldım. Samirin yanında oturub, ona uzatdım. Qəbul etmədi öncə. Sifətinin solğunluğundan ac olması hiss olunurdu. Yanında qoydum dönərlə suyu. Uzaqlaşırdım ki, bəlkə çəkinir, sonra yeyər. Bir addım atmamışdım ki, dönərlə kolanı əlinə götürüb,
"Sağ ol" dedi.
-Buyur, deyib yerə oturdum. Səssiz yeməyə başladıq. Yemək bitən kimi bir siqaret çıxartım. Üsulunca təklif etdim. Birini çıxartdı. Yandırdım siqaretləri.
 
Hamı bölmələrə dağılmışdı. Eyni bölmədə eyni yatağı paylaşmalı olduq. Bizi rütbələrini tanımadığımız hərbiçilər cərgəyə düzdülər. Ən öndə mən durmuşdum. Tualet təmizləmək üçün məni qabağa çəkdilər. İkinci könüllü istədilər, Samir çıxdı. Bir-birimizin yanı başı tualet təmizləməyə yollandıq. Biz sıradan ayrılan kimi kimlərsə arxamızca gülübmüş. Gəlib bizi arxaya çağırdılar. Bizə gülənləri zor-güclə tualet təmizləməyə apardılar.
 
Oradan bir başqa yerə, oradan da bir başqa yerə bölündük. Yüz nəfərdən son ünvanımıza qədər 8 nəfər qalmışdıq. Samir mənimlə o 8 nəfərin içində idi. Qarantinimiz bir yerdə keçdi. Eyni bölməyə sərhədə getdik. Qardaşlarımla mütəmadi əlaqə saxlayıb, Samiri də danışdırırdım ailəsi ilə.
 
Bir qış ayın çovğununda oduna getmişdik. Hava küləkli idi. Yığdığım udunlarla qar uçqunun altında qalmışdım. Samir çəkib çıxartdı məni oradan. Çiyninə alıb, bölməyə gətirdi. Donvurma ilə hərbi hospitala göndərilmişdim. 6 gün ayrı qaldıq Samirdən. 6 gün sonra bölməyə qayıtdım. Əksər vaxtlarda bir çıxardıq saatdar xidmətinə. Heç kim bizim birimizin gözünün üstündə qaşın var deyə bilmirdi.
 
Bir il üç ay keçmişdi xidmətimizdən. Qardaşım bizim gizirə zəng edib, məni çağırtdırmışdı telefona. Samirin anasının dünyasını dəyişdiyi xəbərini verdi. Bölmə rəhbərinə məruzə edib xəbəri verdim. 10 günlük məzuniyyət yazdılar Samirə. Xəbəri yox idi anasının ölümündən. Ağlaşıb ayrıldıq. Evə gedirsən, bəs niyə ağlayırsan? demişdim sarılanda.
-Nə bilim, bunun-burasında üç ayımız qalmışdı, bitirib gedəcəkdik. Bu məzuniyyət hardan çıxdı? deyə, söhbət keçdi aramızda.
 
Samir, rayon yolunda getdiyi taksi ilə yol qəzası keçirtmişdi. Anasının üçündə, təslim olmuşdu cansız bədəni evinə....
 
Kategori: 

Bunları Okudunuz mu?

03/21/2024 - 04:53
01/14/2024 - 19:15
12/06/2023 - 15:04
11/27/2023 - 08:07

Hapishane Edebiyatı

Ümüş Eylül Hapishane Dergisinin 51. Sayı...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Nisan-Mayıs-Haziran 2024 tarihli 51. sayısı...
TEK KİŞİLİK HÜCREDE YAZILAN BİR ÖYKÜ: DE...
               Mahallenin kimi çocukları ondan hem korkar hem de onunla uğraşmaktan vazgeçmezdi kargalar...
Duvarları delen çizgiler
Balıkesir Burhaniye yakınlarında yaşayan arkadaşlara davet. 10 Aralık'ta Insan hakları haftasında, Burhaniye Yerel Demokrasi ve Insan Hakları Gündemi...

Konuk Yazarlar

Mivan’ın bakışı Bahri’nin ağıdı/ Uğur YI...
  Neyse bir ihtimal dedik, başladık isteklerimizi sıralamaya: “Bahri arkadaş sen kuzeninin çok güzel saat yaptığını…” daha sözümü bitirmeden, “...
Utanmak/ Sıdo için/ Sevda KURAN
  Fakiri, zengini, orta hallisi, Alevi’si, Sünni’si, Ermeni'si, hacısı, hocası, orospusu, delisi ve de pavyon kabadayıları, sarhoşlarıyla...
Girit Leblebisi
  Ben vakitlice davranmış, gün batımını da izlemek için kahvelerin gürültüsünden uzakça bir bankı gözüme kestirip oturmuştum. Bir süre sonra,...