Elnur Rəsuloğlu (Əliyev)
Bağrımın başını boyayıb qana
Ürəyimi deşdi, dəldi kədərim.
Ömür tərəzimdə qoydum yan-yana,
Sevincimdən ağır gəldi kədərim.
Oğul istəyirəm, dözə, dayana,
Dərdlərimlə ortaq, əldir kədərim.
Yüz yol məni çağır, çək imtahana,
Hər çətin misala həldir kədərim.
Kategori: