GƏRAYLI
Axır, yanaq nəm əridir.
Ürəyimə dolur sanki
Yanır, ürək qəm əridir.
***
Daş elədin ürəyini,
Asdın arzu, diləyini.
Gərəksizdi, gərəyini
Qəmin kəmdi, kəm əridir.
***
Çəkmə pünhan olan dərdi,
Səni dərdə salan dərdi.
Dərdlərinə sinə gərdi
Pərvanəni şəm əridir.
***
Dövran deyir, günahkaram,
Sağalmazdır, Mövlud ,yaram.
Yavaş-yavaş, aram-aram
Həm sızladır, həm əridir.
Mövlud Ağəmməd. 23.11.2018. Zərdabi