Bu bahar alnima yazilib mənim,
Göyün göz yaşları həsrət payimdir.
Bu yaz buludlari bəyaz kəfənim-
Qüssəmə tələsən qismət payimdir.
Bu yaz ürəyimdə kövrəlir sözüm,
Bahar sevincimin yuxusu gəlir.
Bu yazi tutubdu ayazin gözü,
Bu yazdan payizin qoxusu gəlir.
Çəkir pərdəsini buluddan göylər,
Günəşin həyasi buludda cökür.
Qaşi düyünlənib göyün bu səhər,
Görkəmi bağrimin başini sökür.
Buludlar küləyin önündə aciz,
Göylər nə cəkirsə-buluddan çəkir.
Yağir yaz yağmuru yuyunur yol, iz,
Torpaq ruzusunu buluddan çəkir.