Elnur Resuloglu ağ günlüğü

Mənim arzum

Elnur Resuloglu kullanıcısının resmi

Xatirələr yığın-yığın,
Ürəyimdir apardığın.
Əllərimdən qopardığın
Rahatlığım, dincliyimdir,
Cavanlığım, gəncliyimdir.
 
Yaralarım düyün-düyün,
Bununla sən fəxr et, öyün.
Vüsal oldu çox gördüyün.
Həsrət çəkib qoşun gəldi,
Sənin bundan xoşun gəldi.
 
Eşq havası başdan getməz,
Səsim, ünüm sənə yetməz,
Kişi olan qarğış etməz.
Arzum budur mənim sənə:
“Sevgim olsun qənim sənə”.

İçində

Elnur Resuloglu kullanıcısının resmi

Gecə qonaq idin yuxuda mənə,
Qapımı döyürdün qorxu içində.
Bildim ki, bu sənsən duycaq ətrini,
Ətirlər içində, qoxu içində.
 
Yox oldun baxmamış gözlərinə mən,
Səni tapdım düşüb izlərinə mən,
Başımı qoymuşdum dizlərinə mən,
Yuxuya getmişdim yuxu içində.
 
Yuxudan oyandım, ayıldım sənsiz,
Dözmədi ürəyim bayıldım sənsiz,
Bir dəli, divanə sayıldım sənsiz,
Hörmətdən də düşdüm çoxu içində.

Demək, yaşayıram mən

Elnur Resuloglu kullanıcısının resmi

Əgər bir gözələ könlümü verib
Sevirəmsə, demək, yaşayıram mən.
Ürəyimin mənə dediyi yerə
Gedirəmsə, demək, yaşayıram mən.
 
Bəsdir yaşadığım mütilər kimi!
İtirsəm, itirrəm, söylə nəyimi?
Axı mən insanam! İstədiyimi
Edirəmsə, demək, yaşayıram mən.
 
Çox ağac əkmişəm dostluq bağında.
Dostluq etməmişəm pul marağında.
Dostun köməyinə dar ayağında
Yetirəmsə, demək, yaşayıram mən.

Sonet

Elnur Resuloglu kullanıcısının resmi

Deməli, gedirsən tək qoyub məni,
Bilirəm, bu görüş son görüş deyil.
Heç vaxt əvəz etməz dünyada səni,
Şirin xatirəli bir neçə şəkil.
 
Öpüb, qucaqlayıb rəsmini hər an,
Gözüm yaşla dolu anacam səni.
Dilimə gətirib ismini hər an,
Qarşımda dayanmış sanacam səni.
 
“Sevirəm” sözünü etməklə təkrar,
Sevgimi qiymətdən salmaq istəməm.
Sənsiz bir yerdə mən tutmaram qərar,
Sənsiz bu həyatda qalmaq istəməm.
 
“Ağlasan, ağlaram, gülsən, gülərəm,
Yaşasan, yaşaram, ölsən, ölərəm”.

Sən olmasaydın

Elnur Resuloglu kullanıcısının resmi

Rahat buraxmayır məni bu sual:
Görən nə edərdim, sən olmasaydın?
Bəxtəvər olmağa tapmamış macal,
Bil, ölüb gedərdim, sən olmasaydın.

Gözlərim həmişə tox olub inan,
Üzümə gülənlər çox olub inan,
Qapanıb özümə, yox olub inan,
İynətək itərdim, sən olmasaydın.

Bizim ikimizi hislər bağlayır,
Sevgi qapısını pislər bağlayır,
Cümləni həyata sözlər bağlayır,
Cümlətək bitərdim, sən olmasaydın.

Sayfalar

Hapishane Edebiyatı

Ümüş Eylül Dergisinin 54. Sayısı Çıktı
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Ocak-Şubat-Mart 2025 tarihli 54. sayısı...
Ümüş Eylül Dergisinin 53. Sayısı Yayınla...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan  Ümüş Eylül Kültür-Sanat dergisinin Ekim-Kasım-Aralık 2024 tarihli 53. sayısı...
Düşünsel özgürlüğün Sınırsız Kütüphanesi...
Görülmüştür Kolektifi, Redfotoğraf grubu ve Karşı Sanat, “içerdekilerle dışardakileri buluşturan” ortak bir sergiye daha imza atıyor. Fotoğrafçılar,...

Konuk Yazarlar

Feyza Eren’den Akdeniz’e Lirik Bir Güzel...
  Uzun yıllardır sanat yaşamını ABD’de sürdüren Feyza Eren, “Vedadır Belki” adlı, tekli çalışmasıyla yeniden...
80’LİK DULLAR-1/ Sedat ÖNCER
Çünkü nüfusu orta yaşın da çok ötesinde insanlardan kuruluydu. Beldenin tek camisinden gün yoktu ki bir sela sesi duyulmasın… Emeklilerin tercih...
ZİNE/ Nazir Atila
Zine birden telaşlandı. İçini derin bir üzüntü kapladı. Yüreği korkuyla karışık bir heyecanla atmaya başladı. “Korkma Zine, okulun reviri var,...
RSS - Elnur Resuloglu ağ günlüğü beslemesine abone olun.