Sevgi Çelengi Lirik şiirler/ Abdulla Memmed.

Edebiyat Bahcesi kullanıcısının resmi
1. QARA SAÇLARINDA QAR OLACAGAM.

Bir zaman gələcək peşimançılıq,
Sənin ürəyini qübar edəcək.
Onda məni gəzib arayacaqsan,
Yollar ayagğını qabar edəcək.
Mən isə gileyli gilavar olub
Sığal çəkəcəyəm telinə sənin.
Bu günlər vədəsiz ötən qatar tək,
Çətin ki qayıda əlinə sənin.
Qoşulub qəlbinin harayına mən,
Gözündə bulud tək qaralacağam.
Ömrünün şaxtalı qış dönəmində, 
Qara saçlarında qar olacağam.
    
  Azerbaycan. Quba.
      1983

2. ƏLLƏRİM BULAŞIR GÖZ YAŞLARINA.
                 
Dəyişən bir sənsən, birdə ki zaman,
Yerdə həmən yerdir, göy də həmən göy.
Sənin bu dünyayla işin olmasın,
Yetər, deyindiyin arxasınca hey.
Bir damla göz yaşın sonda ölən köz,
Dilinlə gor eşmə ürəyim də sən.
Dünən sevincimə şərik olan, qız,
Bu gün kədərinlə ürəyimdəsən.
Əllərim bulaşır göz yaşlarına,
Alın yazısıdır- göz yaşı deyil.
Qucub dizlərini hönkürmə belə,
Dizlərin eşqinə baş daşı deyil.
    Abdulla Memmed.
  Azerbaycan. Quba.

 

Kategori: 

Bunları Okudunuz mu?

Hapishane Edebiyatı

Ümüş Eylül Dergisinin 54. Sayısı Çıktı
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Ocak-Şubat-Mart 2025 tarihli 54. sayısı...
Ümüş Eylül Dergisinin 53. Sayısı Yayınla...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan  Ümüş Eylül Kültür-Sanat dergisinin Ekim-Kasım-Aralık 2024 tarihli 53. sayısı...
Düşünsel özgürlüğün Sınırsız Kütüphanesi...
Görülmüştür Kolektifi, Redfotoğraf grubu ve Karşı Sanat, “içerdekilerle dışardakileri buluşturan” ortak bir sergiye daha imza atıyor. Fotoğrafçılar,...

Konuk Yazarlar

MİRİNA DERWÊŞ/ Yılmaz ELAGÖZ
Derwêş , li ser nivînê xwe  razabû. Lihêfek kevn û bipîne li ser wî bû.  Linghên xwe   kişandibûn ber bi zikê xwe ve û destên...
Turist Tavuk mu Kaz mı? Erhan Tığlı
Kazıklarımız buradan oraya yol olur, yollarımızda trafik canavarı bol olur. Acılı kebaplarımızla karnını, acıklı şarkılarla kafasını şişiririz; halis...
Kaç Can Hakkı Olmalı İnsanın? Veli Erdem
                                         ...