Azərbaycan Xalq Cümhuriyyəti və təhsil

Elnur Resuloglu kullanıcısının resmi
Elnur Əliyev,

                                                                                                                              Salyan rayonu, Yenikənd kənd tam orta məktəbinin müəllimi
                                                                                                                                                                                                                                                                                                       “Təhsil millətin gələcəyidir”. (Heydər Əliyev)
 
 Mədəni quruculuq sahəsində bir sıra vacib tədbirlər həyata keçirmiş və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) ilk növbədə xalqın savadlanmasına xüsusi diqqət yetirilmişdir. O səbəbdən də XX əsrin 18-ci ilinin 28 may tarixində və görkəmli ictimai-siyasi xadim Fətəli xan Xoyskinin (1875-1920) başçılığı ilə təşkil edilən birinci hökumətin tərkibində Xalq Maarif Nazirliyi təsis olunmuşdu.
 Təhsilli yerli kadrlara çox böyük tələbat olduğunu nəzərə alan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il avqustun 28-də xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bu qanuna əsasən ölkə ərazisində yerləşən bütün ibtidai tədris müəssisələrində təhsilin türk (Azərbaycan) dilində aparılması icbari hesab edilirdi. Həmin dövrdən etibarən müəllim hazırlamaq məqsədilə Bakı, Gəncə, Şuşa, Qazax və başqa şəhərlərdə xüsusi pedaqoji kurslar təşkil edildi. XIX yüzilliyin sonlarında, daha dəqiq desək, 1879-cu ildə yaradılan Zaqafqaziya (Cənubi Qafqaz – Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi ədəbiyyatşünas, pedaqoq, jurnalist və tənqidçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin (1863-1920) rəhbərliyi altında 1918-ci ildə Gürcüstandan Azərbaycana – Qazaxa köçürüldü.
 Respublikamızın üç şəhərində - Bakı, Gəncə və Şəkidə fəaliyyət göstərən “Nina” qızlar məktəblərinin adı dəyişdirilərək “qız gimnaziyaları” adlandırılmaqla yanaşı, yeddi yeni kişi gimnaziyası açıldı. Azərbaycanın bir çox yerlərində şəbəkələri genişləndirilən qısamüddətli pedaqoji kurslarda dərs demək üçün Osmanlı dövlətinin xətti ilə Türkiyədən 50 nəfər müəllim dəvət olundu. Tərkibinə Hüseyn Cavid (1882-1941), Mahmud bəy Mahmudbəyov (1863-1923), Abdulla Şaiq (1881-1959), Camo bəy Cəbrayılbəyov (1887-1965) və başqa məşhur ziyalıların daxil olduğu türk (Azərbaycan) dilində dərsliklərin hazırlanması və nəşri üzrə komissiya yaradıldı. 1919-cu ilin payız aylarından ölkəmizin bütün bölgələrində Azərbaycan (türk) dilində axşam kursları təşkil edildi.
 AXC ali təhsil müəssisəsinin açılması istiqamətində kövrək addımlar atmaqla xalqımıza ən böyük mədəni nailiyyətlərdən birini bəxş etmiş oldu. Təxminən doqquz ay öncə fəaliyyətə başlamış Azərbaycan  parlamenti 1919-cu il sentyabrın 1-də Bakı şəhərində Universitet açmaq haqqında qanun qəbul etdi. 28 gün sonra isə yeni tipli ali məktəbin Nizamnaməsi təsdiqləndi. İlk dərsləri 1919-cu il noyabrın 15-dən başlanan Bakı Universitetində əvvəlcə 4 fakültənin fəaliyyət göstərəcəyi nəzərdə tutulsa da, onlardan yalnız ikisi – tarix-filologiya və tibb fakültələri qapılarını tələbələrin üzünə aça bildi.
 Azərbaycan Xalq Cümhuriyyəti var olduğu müddətdə respublikamızda 637 ibtidai, 23 orta ixtisas və bir ali məktəb fəaliyyət göstərirdi. Öz təhsillərini dövlət hesabına başa vuracaq 100 nəfər azərbaycanlı gənc Osmanlı Türkiyəsi, Fransa, İtaliya, Rusiya və Böyük Britaniya dövlətlərinin ali məktəblərinə göndərildi.
 Köhnəlmiş ərəb əlifbasından latın qrafikalı Azərbaycan (türk) əlifbasına keçilməsinə hazırlıq işləri aparmaq məqsədilə xüsusi parlament komissiyasının yaradılması Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
 Xalqımız AXC-nin təhsil sahəsində gördüyü diqqətəlayiq işlərlə fəxr edir və onları heç vaxt yaddan çıxartmır.
 
                                                                                                   İstifadə edilmiş ədəbiyyat:

  1. Yaqub Mahmudlu, Hafiz Cabbarov, Leyla Hüseynova. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakı, 2016, səh. 148.
  2. İsak Məmmədov, Tahir Qaffarov, Xaqani Məmmədov, Şövkət Tağıyeva, Murad Vəliyev, Şərqiyyə Məmmədova, Ağası Hüseynov, Əkbər Qocayev. Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün dərslik. Bakı: Çaşıoğlu, 2014, səh. 30-31.
Kategori: 

Hapishane Edebiyatı

Ümüş Eylül Dergisinin 54. Sayısı Çıktı
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Ocak-Şubat-Mart 2025 tarihli 54. sayısı...
Ümüş Eylül Dergisinin 53. Sayısı Yayınla...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan  Ümüş Eylül Kültür-Sanat dergisinin Ekim-Kasım-Aralık 2024 tarihli 53. sayısı...
Düşünsel özgürlüğün Sınırsız Kütüphanesi...
Görülmüştür Kolektifi, Redfotoğraf grubu ve Karşı Sanat, “içerdekilerle dışardakileri buluşturan” ortak bir sergiye daha imza atıyor. Fotoğrafçılar,...

Konuk Yazarlar

Feyza Eren’den Akdeniz’e Lirik Bir Güzel...
  Uzun yıllardır sanat yaşamını ABD’de sürdüren Feyza Eren, “Vedadır Belki” adlı, tekli çalışmasıyla yeniden...
80’LİK DULLAR-1/ Sedat ÖNCER
Çünkü nüfusu orta yaşın da çok ötesinde insanlardan kuruluydu. Beldenin tek camisinden gün yoktu ki bir sela sesi duyulmasın… Emeklilerin tercih...
ZİNE/ Nazir Atila
Zine birden telaşlandı. İçini derin bir üzüntü kapladı. Yüreği korkuyla karışık bir heyecanla atmaya başladı. “Korkma Zine, okulun reviri var,...