Seyid Əbülqasim Nəbatinin gəraylıları
Azərbaycan ədəbiyyatının XIX əsrdə yetirdiyi görkəmli nümayəndələrindən biri olan Seyid Əbülqasim Nəbati (1812-1873) istər əruz vəznində, istərsə də heca vəznində yaratdığı gözəl şeirləri ilə özündən sonra təkrarolunmaz irs qoyub getmişdir. Onun heca vəznində yazdığı şeirlərin əsas ideya xəttini məhəbbətin, gözəlliyin tərənnümü təşkil edir. Nəbati yaradıcılığında mühüm yer tutan şifahi xalq şeiri tərzində olan əsərlərində sevən gəncin daxili aləmini, hiss və duyğularını, sevinc və kədərini sənətkarlıqla açır. Onun şeirlərində lirik qəhrəman həyat eşqi, gözəllik vurğunudur.