AY MƏNİM TƏLƏSƏN İLK MƏHƏBBƏTİM.
Tale tilsimisən ürəyimdə sən.
Niyə xatirə tək ürəyimdəsən
Ay mənim tələsən ilk məhəbbətim?!
Sən ötən günlərin sevgi nağılı,
Yarı həqiqətsən,yarı yuxulu...
Bənövşə ətirli,nərgiz qoxulu,
Ay mənim tələsən ilk məhəbbətim.
O köçdən yadigar durna telim-sən,
Vədəsiz ağaran bəyaz telim-sən...
Qanadı qırılan arzu telimsən,
Ay mənim tələsən ilk məhəbbətim.
"Vağzalı" üstündə çalınan qədər,
Bağrımın başında qalanan kədər,
İnsafın olaydı,barı bir qədər
Ay mənim tələsən ilk məhəbbətim!