Sevgi Çelengi Lirik şiirler/ Abdulla Memmed.
Bir zaman gələcək peşimançılıq,
Sənin ürəyini qübar edəcək.
Onda məni gəzib arayacaqsan,
Yollar ayagğını qabar edəcək.
Mən isə gileyli gilavar olub
Sığal çəkəcəyəm telinə sənin.
Bu günlər vədəsiz ötən qatar tək,
Çətin ki qayıda əlinə sənin.
Qoşulub qəlbinin harayına mən,
Gözündə bulud tək qaralacağam.
Ömrünün şaxtalı qış dönəmində,
Qara saçlarında qar olacağam.
Azerbaycan. Quba.
1983