Dənizdə boğulan ümid

Elmeddin Rahiboğlu kullanıcısının resmi
Cahid, bu günün təlaşında , yır-yığış edib, məkanı təyin edib və bu arada, bir brilliant qaşlı üzük almağı da unutmamışdı.

Cahidə görə bu gün onun üçün , mükəmməl bir başlanğıc olsa da, Səma olacaqlardan xəbərsiz idi.
Səma, sahildə idi. Telefonu çaldı,
Əvvəlcə açmaq istəməsə də, fikrindən daşındı.
Son anda düyməyə basdı və
-Alo, Səma, vacib bir işin çıxmadısa, mesajda yazacağım ünvana gəl.
-Alo, Mən, mən, bir az halsızam. Sahildə oturmuşam. Bəlkə başqa gün?
-Yox, qətiyyətlə israr edirəm. Tamam, orda otur çatıram.
Qısa bir zaman kəsiyində , Cahid özünü yetişdirmişdi.
Səma, Cahidi görən kimi ona sarıldı və hönkür-hönkür, ağlamağa başladı.
Cahid, təlaş içində nə olduğunu soruşdu.
Səma, məsələni Cahidə danışır, və jaketinin ətəyi ilə gözünün yaşını silirdi.
Bu dəfə Səma, gündəlik və köhnəlmiş geyimdə, saçı dağınığ olduğu üçün, Cahid: -sənin bütün məsələni yoluna qoyaram. Amma bir xahiş eləsəm və sən məni qırmazsan?
-Buyur.
Burdan doğruca, gözəllik, salonuna, ordan da “Cinci”yə keçirik. Əla bir geyimlə bu gün görmək istəyirəm səni.
Səma etiraz etsə də, Cahid israr edincə, məcburi razılaşmalı oldu.
Səma tələsərək evinə dönmüş, Cahidin verdiyi pulla ev kirayəsini vermiş, çantasını yığıb o evi tərk etmiş və Cahidin ona kiraladığı 3 otaqlı mənzilə köçmüşdü.
Cahidin məcbur getməli olduğu bir konfrans səbəbi ilə axşamkı görüş ləvğ edilmiş və başqa günə təyin edilmişdir.
Səma gündəliyində belə nəql edir:

-“Bu gecədən öncə heç rastlaşmadığım bir möcüzəni görmək üçün, yeni tutduğum evi otaq-otaq dolaşmışdım.
İllərdir axtardığım sevgimin, bu an mənim yanımda olamsını istəmişdim.
Bu gecədən əvvəlki bütün mənfi enerjili, hüzursuz və sevgiyə möhtac olduğum günləri unudub, bir yeni səhifə açmaq istəyirdim. Yep-yeni bir səhifə. Ağ-appaq bir vərəq, və möhtəşəm bir abzas”.
Məhz bu gündən sonra başıma heç bir pis hadisə gəlməyəcək deyirdim. Həqiqətən dəyişə biləcəyim bir həyatın yeni səhifəsini yaza biləcəyimi çarəsizcə gözləyirdim.
Vanna otağına keçib, aynanın qabağına keçib bir az özümə baxdım, sonra duş qəbul edib, geriyə yatağıma döndüm. Yerim əvvəllər yaşadığım bu 17 il boyunca heç belə rahat olmamışdı. Televizoru yandırıb, baxmaq istədim, amma səsi beynimə düşdü. Başım cingildəyirdi. Keçirtdim. Yerimdə bir xeyli olanları və Cahidi düşündüm.
Səma səhər duranda  telefonuna baxmış, 16 cavabsız zəng, 4 mesaj görmüşdü.
Cahid, telefona cavb vermədiyini görəndə , Səmagilə gəlir. Qapı açıq olduğuna görə içəri girmişdi.
Səma vanna otağından , dəsmala bürünmüş halda çıxanda Cahidlə qarşılaşdı.
Cahid, utancaq başını yana əydi və telefona cavab vermədiyi üçün narahat olduğunu bildirdi və o üzdən gəldiyini söylədi.
Səma öz otağına keçib, əynini geyindi və çölə çıxdı.
-Yox, sadəcə yatıb qalmışam deyə telefona cavab verə bilməmişəm.
Cahid.
-Onda axşam yeməyə çıxarıq.
Səma.
Sənin üçün bir problem yoxdursa, yeməyi özüm hazırlamaq istəyirəm və evdə daha rahat olar deyə düşünürəm.
Cahid
-Onda , əla. Axşam burdayam.
Cahid, işinə, Səma isə Marketə getdi.
Axşama lazım olan bütün ərzaqları alıb gətirdi .
Şər qarışana yaxın, yemək stolunu qaydaya salıb, iki şam yandırdı, yeməyi dizayn edib, ortasına bir qızılgüldə uzatdı.
Qaranlıq yenicə çökmüşdü ki, Cahid qapını tıqqıldatdı.
Otağın işığı sönüb, otağda şam işığı vardı.
Səma mükəmməl bir geyim geymiş , ətirlənmiş, makyajına və saçına da çəki-düzən vermişdi.
Cahid bu gözəlliyi görəndə şok olmuşdu.
Musiqi playerdə də ancaq ikisinin eşidəcəyi tempdə “Elvis Presley”in ifasında “Only You” mahnısı səslənirdi.
Cahid:
-Həmişəki kimi çox mükəmməlsən.
Səma, stulu işarələyib, gülümsəyərək
-Sayəndə
Bir az söhbət edəndən sonra Cahid :
Cibindəki briliyyant qaşlı üzüyü çıxardaraq.
-Sonuna qədər səni xoşbəxt etməyə söz versəm, sonuma qədər mənimlə qalacağına söz verərsən?
-Mənimlə evlənərsən?
Səma, yalnızca Cahidə süzdüyü viskidən bir udum içib, başını buladı və
-Mən sənə laiq deyiləm. Bunu mən həyatımda ən çox istəyirəm, amma bu mümkün deyil.
Cahid təəccüblənərək.
-Sən yetər ki, istə. Mən ortadakı bütün əngəlləri qaldıraram.
Səma.
-Mən səni tanıdığım günə qədər …
Cahid sözünü kəsərək,
-Bundan sonra xanım olacaqsan, sadəcə bir xanım və mənim xanımım.
Səma ayağa qalxıb, Cahidin əlindən tutub onu rəqs edirmişlər kimi yavaş-yavaş qucağına sarı gətirdi, onu öpməyə başladı.
Səhər Səma, Cahidlə iş yerinə getməli, uzaqdanda olsa sahib olduğunu görməli və şəhərdə bəzi işini həll etməli idi.
Cahidin maşınına minib, “Park İNN” dəki, ofisin önünə çatanda , Cahid, atası Arif İsmayılovu Səmaya göstərdi.
Orda gördüyün kişi, mənim atamdır. Şirkətimizin baş ofisi də bu binadadır.
Səma Famidi görən kimi, gözləri də, qulaqları da tutulmuş, artıq heç bir informasiya ala bilmirdi.
Cahidə,
-Mən , mühüm bir sənəti evdə unutdum, gedim götürüm gələrəm indi.
Cahid,
-aparım səni?
Səma tələsə-tələsə maşından enib,
-Yox , mən bir taksi götürüb gedərəm, sən işindən olma.
Səma evə girib, ağlaya-ağlaya bir qələm, kağız götürdü.

Əzizim Cahid!
Mənim taleyimdə, qadın olmaq yox imiş. Mən qadın olmağı çox istəmişdim gər ki.
Bəxtimdə belə kimi ölmək var imiş. Sən də , sənə qədər yola verdiyim adi müştərilərimdən biri oldun mənim üçün. Eynən,atan Arif kimi. Mən adi bir …., sən də sıradan bir müştəri… Əlvida , Ömrüm.

***

12.12. 2013.
Bütün informasiya agentlikləri yazırdı…

Ailəsindən qaçan gənc qız, Səma Məlikova intihar etdi.
Belə ki, narkoman atasının təzyiqlərinə dözməyən Səma Məlik qızı Məlikova Bakıda, Sahil parkında özünü dənizə ataraq intihar edib. İşlə bağlı polis araşdırma aparır….

 

Kategori: 

Bunları Okudunuz mu?

04/20/2024 - 16:37
03/31/2024 - 21:39
03/21/2024 - 04:53
01/14/2024 - 19:15

Hapishane Edebiyatı

Ümüş Eylül Hapishane Dergisinin 51. Sayı...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Nisan-Mayıs-Haziran 2024 tarihli 51. sayısı...
TEK KİŞİLİK HÜCREDE YAZILAN BİR ÖYKÜ: DE...
               Mahallenin kimi çocukları ondan hem korkar hem de onunla uğraşmaktan vazgeçmezdi kargalar...
Duvarları delen çizgiler
Balıkesir Burhaniye yakınlarında yaşayan arkadaşlara davet. 10 Aralık'ta Insan hakları haftasında, Burhaniye Yerel Demokrasi ve Insan Hakları Gündemi...

Konuk Yazarlar

"BİZ BAŞKA TÜRLÜ SEVERDİK BİRBİRİMİ...
Derken, Galata Yokuşu'nun oralarda, yeni kurulmuş bir ajansta iş buldum. Burada getir götür işlerine bakacak ve Tünel'den başlayıp, Levent'e...
Mivan’ın bakışı Bahri’nin ağıdı/ Uğur YI...
  Neyse bir ihtimal dedik, başladık isteklerimizi sıralamaya: “Bahri arkadaş sen kuzeninin çok güzel saat yaptığını…” daha sözümü bitirmeden, “...
Utanmak/ Sıdo için/ Sevda KURAN
  Fakiri, zengini, orta hallisi, Alevi’si, Sünni’si, Ermeni'si, hacısı, hocası, orospusu, delisi ve de pavyon kabadayıları, sarhoşlarıyla...