Balıq və Melisa- Nəcməddin YALÇINQAYA
Kordonun* tilsiminə buraxmışdı özünü. Kordon, sığınılacaq bir limandı onun üçün. Sahildə, çəmənlərə uzanır, saatlarla eləcə qalır, gəlib keçənləri seyrə dalardı. Ən çox da gözünün qarşısında uzun növbələr meydana gətirən Alman konsulluğunun gözləmləyirdi. '' Ümid yolçularını '' izləmək keyf verici bir şey idi. Hələ Viza almağı bacaran birinin sevinci onu da bir başqa həyəcanlandırırdı.
Yatdığı yerdən qalxdı. Getməkdə çətinlik çəkirdi. Ayaqları uyuşmuş bir halda idi. Yanında, tilovuna böyük bir balıq ilişmiş bir balıqçı, həyəcanla kömək istəyirdi. Qaçdı dərhal köməyinə.