Acı Əsintilər - Nəcməddin Yalçınqaya "Oçerk"

Elmeddin Rahiboğlu kullanıcısının resmi
İzmir 1 nömrəli Ciddi Rejimli Komandanlıqda davam edəm məhkəməmiz nəhayət ki, bir qərara vardı. Haqqımda istəlilən beş illik cəzaya qərar verildi. Amma vəkillərim Apelasiya Məkəməsinə müraciət etdilər. "Nəticələnməsi bir neçə il çəkər", dedilər.

O zaman içində xaricə qaçma planları qururduq. İlk qrupun içində mən də var idim. Amma əkildim. İbo  məni yarı yolda buraxdı. Babam "İbo istəmədi səni", dedi. İllər sonra İbo ilə görüşəndə soruşdum. " Baba istəmədi səni" dedi. İkisinə də inanmadım.

Atam, "əsgərliyə get, o zaman özünü unudarsan, həmdə ortada ip kimi gözə batmazsan" dedi. Dostlarıma əsəbləşdiyim üçün həmin an hərbi komissarlığa baş çəkdim. Bir həftəyə nəticəsi gəldi. Bahriyəli olmuşdum. İskəndəruna çıxdı qarantinim. Anam və atamla İzmir avtovağzalında vidalaşdıq. "Adanada əmin və xalangildə bir iki gün qalar, ordanda hərbi hissənə gedərsən" dedi, atam. Atam da başı ilə təsdiqlədi onu.

Avtobus hərəkət etdi. Əl salladıq bir-birimizə. Anam ağlamağa başladı, acısını içinə axıtdı atam. Gözlərini məndən gizlətdi. Başını aşağı əydi. Avtobus səssizcə terminaldan çıxdı, sonra sürətləndi. Dərin düşüncələrə qərq olmuşdum. Avtobus uzaqlaşarkən gəncliyim, acılarım, sevinclərim, xatirələrim, xəyallarım arxada, İzmirdə qalırdı. Yarpaqları tökülmüş bir ağac kimi idim. Yapayalnız....

Konya Karamanda verilən fasilənin ardından avtobus yenidən yola düzəldi. Başımı çarəsiscə şüşəyə söykəmiş, uzaqlara baxırdım. Avtobus yavaş-yavaş dağ  yoluna tərəf yol alırdı. A.ağıda Göysu çayı nazlı-nazlı axırdı. Silifkədə fasilə verdi. Silifkənin mahnılara mövzu olmuş o məhşur yoğurtunu bəyənmədim nədənsə, bəlkə də, ağzımın dadı yox idi. Kanduktorun bağırtısı ilə avtobusdakı yerimi aldım. Nəhayət on bir saatdan sonra Adana avtovağzalında yolçuluğum sonlandı. Yavuzlara gedən bələdiyyə avtobusuna mindim. Sürücü , məni dəmir bir körpünün başında endirdi. "Körpüdən qarşıya keç, solda ilk küçə" dedi.

Körpünü keçdim, elə bitişində yerdə boş zeytun yeşikləri üst-üstə düzülmüş, sarı boyalı bir evin önündə, taxta divana və yerə qadınlı kişili bir qrup oturmuş çay içirdilər . Bir qadın görüncə məni ayağa atıldı birdən . Qapısı ardına qədər açıq olan evin dəhlizinə doğru qışqırdı
Hüseyn, Hüseyn.. bu gələn Həsən qardaşın oğlu" dedi, "amma hansı olduğunu bilmirəm"
Mən o günə qədər gəlinimi görməmişdim. Amma o məni atama oxşatmış və tanımışdı. Əmim yuxulu gözləri ilə və üstündə çizgilər olan pijama dəsti ilə küçəyə atıldı. Mənə doğru cumdu. Sarıldı, bir güləşçi kimi, belimdən yapışıb məni havaya qaldırdı. Hardasa, düşəcəkdim. Yanaqlarımdan dəfələrcə öpdü. Gəlinim qaçdı, ardınca əmiuşaqları.  Sarıldıq. Bir sevgi səhnəsi canlandı elə oradaca.

Taxta divanda mənə yer açdılar. Bir padnosun üstündə yenicə bişirilmiş, arasına yaşıl soğan və pendir qoyulmuş çörək və çay verdilər əlimə. Əmi qızlarım (Songül, Hülya, Ülkü) qaçaraq gəldilər yanıma, sağlı sollu boynuma sarıldılar. Gözləri sevgi parlayırdı. Bir küçə arxada yaşayan bibimə xəbər salınmış. Bibim ağlayaraq gəldi. Sarıldı. Öpdü, öpdü məni. "Mən sənə qurban olaram" deyirdi. Arxasından bibimin uşaqları da gəldi. Bir anda qapı önü mitinq meydanına çevrildi. Yoldan keçən maşınlar yavaşıdır,  nə olduğunu anlamağa çalışırdılar.
"Əsgərlik üçün gəldim" dedim, "İskəndəruna gedəcəyəm"
Əmioğlu Kamal: "Hə, mən oranı bilirəm, birlikdə gedərik" dedi. Sonra üzümə baxaraq, "nə zaman təslim olarsan" dedi.

"İki gün sonra"
-Yaxşı, yaxşı, o zaman, Adananı yaxşıca gəzdirərəm səni.
Söhbətimiz gecə yarısına qədər çəkmişdi. Səhərə az qalmış yata bildik ancaq. Tez qalxdıq, səhər qəhvəaltından sonra evdən çıxdıq. Kanal boyu hərəkət etdik. Ardından taksi mikroavtobusa minib, şəhər mərkəzinə keçdik. Əmioğlu, -bura Kiçik saat, ora Böyük saat, ora... deyirdi.

Səyyar bir satıcının qabağında durduq. Əmioğlu , mənə ayna, jilet, maqqaş, dırnaqkəsən alaraq, hədiyyə etdi. Əvvəl qəbul etmədim. -Sonra sən də mənə alarsan, dedi, yox deyə bilmədim.
Kiçik bir köftəçiyə girib, Adana kababı yedik. Bol-bol şalğam suyu içdik. Dərə qoynundan yeriyib anbara getdik. Asma körpüdən, qarşıya keçdik. Orada Bici-Bici* yedik. Adana gözəl idi, amma havası bir az bürkü idi. Tər içində qalmışdım. Ayaqqabı və corablarımızı çıxardıb, suya saldıq ayağımızı. Başımızı da suya daldırdıq. Sərinlədik bir az. Bir-birimizdən ayrı keçən 21 ilin həsrətini bir-iki saata sığdırmağa çalışdıq. Axşam evə çatdığımızda, -Anos bibin səni dəvət etdi, dedi.
Getdik, gecə yarısı döndük. Səhərə qədər danışdıq. Ancaq bir-iki saat mürgüləyə bildim. Sabah qəhvəaltısından sonra evdəkilərlə vidalaşıb, İskəndəruna tərəf  üz tutduq. Bir iki saatdan sonra İskəndərunda idik. İzmirə bənzəyirdi, havası, suyu, sahili...

Əmioğlu bir bərbərə götürdü məni. Bərbər başa düşmüşdü artıq.  Öncə saçımı arxadan kəsməyə başladı. İşini bitirdiksən sonra güzgünü üzümə tutdu. Əvvəl özümü tanıya bilmədim. Başqa biri olub çıxmışdım sanki. Üzümdəki kədər aynaya yansımışdı.
Bir faytona minib 1-ci Dəniz Sıravi  Təhsil Komandlanlığına getdik. Qapıda təslim edildim. Tek sıra halında düzüldülər, bir anbara alındıq, əlimizə ayaqqabı, alt paltar, paltar və papaq tutuşturdular. Kimimizin bədəninə kiçik, kimimizin bədəninə böyük gəlirdi paltarlar. Öz aramızda dəyişirdik. Yalnız ayaqqabı nömrələrimiz bir nömrə böyük verilmişdi. Səbəbi isə; təhsil sonrası ayaqların şişərək büyümesiydi.

Bölmələrə veriləndən sonra yatdığım yeri bəyənməmişdim. Nəfəssiz yatmışdım. Ayrı bir dünyada yaşayır kimiydim sanki. Oxşar məhəllədən iki yoldaşımı, eyni bölmə içində olmağımıza baxmayaraq ancaq beş gün sonra görə bilmişdim. On beş günlük bir təhsilin və and mərasiminin ardından, bazar icazəsinə çıxdıq. Mən bir avtobusa oturduğum kimi özümü Adanada, əmimgildə tapdım. On beş gündür çimməmişdim. Üzərimdəki ağ içliyimin rəngi bozarmışdı. Çorablarımı ayağımdan çıxarıb atdım qapı önündəki zibil qabına. Gəlinim termosu isitdi  dərhal. Duşu hazırladı. Utanmama rəğmən məni bir gözəl kisələyərək  yudu. İçliyimi qaynatdığı suda yudu. Ipə asarkən "Qüsura baxma oğlum" dedi, "hər halda paltar suyunu çox qatdım, içliyin rəngi açıldı"

"Əhəmiyyətli deyil gəlin" dedim, "kim görəcək əynimdəki içlik rəngini"

İçim acıdı birdən. Kədərləndim. İstədiklərim gəldi ağlıma. İçlik rəngi açılmışkən içimdəki rənglər bir bir qaraldı.

*-Buzlu muhəlləbi. Şirniyyat növü

Türkcədən çevirdi: Elməddin RAHİBOĞLU
 

Kategori: 

Bunları Okudunuz mu?

04/20/2024 - 16:37
03/31/2024 - 21:39
03/21/2024 - 04:53
01/14/2024 - 19:15

Hapishane Edebiyatı

Ümüş Eylül Hapishane Dergisinin 51. Sayı...
Tekirdağ Cezaevi tutsaklarınca elle yazılıp mektuplarla dağıtılan Ümüş Eylül Kültür-Sanat dergisinin Nisan-Mayıs-Haziran 2024 tarihli 51. sayısı...
TEK KİŞİLİK HÜCREDE YAZILAN BİR ÖYKÜ: DE...
               Mahallenin kimi çocukları ondan hem korkar hem de onunla uğraşmaktan vazgeçmezdi kargalar...
Duvarları delen çizgiler
Balıkesir Burhaniye yakınlarında yaşayan arkadaşlara davet. 10 Aralık'ta Insan hakları haftasında, Burhaniye Yerel Demokrasi ve Insan Hakları Gündemi...

Konuk Yazarlar

Mivan’ın bakışı Bahri’nin ağıdı/ Uğur YI...
  Neyse bir ihtimal dedik, başladık isteklerimizi sıralamaya: “Bahri arkadaş sen kuzeninin çok güzel saat yaptığını…” daha sözümü bitirmeden, “...
Utanmak/ Sıdo için/ Sevda KURAN
  Fakiri, zengini, orta hallisi, Alevi’si, Sünni’si, Ermeni'si, hacısı, hocası, orospusu, delisi ve de pavyon kabadayıları, sarhoşlarıyla...
Girit Leblebisi
  Ben vakitlice davranmış, gün batımını da izlemek için kahvelerin gürültüsünden uzakça bir bankı gözüme kestirip oturmuştum. Bir süre sonra,...